Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Həzrət Ayətullah Seyid Müctəba Xamenei İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xameneinin şəhadəti münasibətilə əhali və demoqrafiya sahəsində fəaliyyət göstərən bir qrup xalq fəalının göndərdiyi başsağlığı məktubuna cavabında, əhali artımı məsələsi və onun İran İslam Respublikasının qüdrəti və sivilizasiya quruculuğu ilə əlaqəsinə toxunaraq, bu sahədə çalışan xalq fəallarının səylərinin artırılmasının və övlad sahibi olma mədəniyyətinin təşviq edilməsinin vacibliyini vurğulayıb.
Milli Əhali günü münasibətilə yayımlanan müraciətin tam mətni aşağıdakı kimidir.
Bağışlayan və mehriban Allahın adı ilə
Əhali sahəsində çalışan qayğıkeş və məsuliyyətli fəalların məhəbbət və məsuliyyət hissinə görə öz təşəkkürümü bildirirəm.
Ramazan ayında baş vermiş müharibənin dəyərli nailiyyətlərindən və xalqın misilsiz dirçəliş nemətindən biri də bu gün hamıya aşkar olduğu kimi, İranın böyük və təsirli bir güc səviyyəsinə yüksəlməsidir. Şübhəsiz ki, bu vəziyyətin davamı və daha üstün mərhələlərə çatması əhali məsələsi ilə birbaşa bağlıdır.
Əhali artımının zəruriliyi məsələsinə bəzən keçmişdə tətbiq olunmuş bəzi siyasətlərin yaratdığı çatışmazlıqların aradan qaldırılması prizmasından baxılır. Lakin bundan əlavə, əhali artımına dair düzgün və qəti siyasətin ciddi şəkildə davam etdirilməsi ilə böyük İran xalqı gələcəkdə mühüm rol oynama və strateji sıçrayışlar həyata keçirmə imkanına malik olacaq, yeni İran İslam sivilizasiyasının qurulması istiqamətində böyük addımlar ata biləcəkdir. Buna görə də, əhali sahəsində çalışan xalq fəallarının artan fəaliyyəti və övlad sahibi olma mədəniyyətinin təşviqi bu parlaq gələcəyin təmin olunması istiqamətində mühüm təsir göstərə bilər.
Digər tərəfdən, bu məsələ şəhid olmuş böyük rəhbərimizin ən mühüm narahatlıqlarından biri idi və Ayətullah Seyid Əli Xamenei bir çox iclas, görüş, eləcədə ümumi və xüsusi müzakirələrdə bu mövzunu daim vurğulayırdı. Bu məsələ hələ də sistemin ən mühüm strateji məsələlərindən biri hesab olunur.
Ümid edirəm ki, sizin ixlaslı fəaliyyətləriniz ağamız həzrət İmam Zamanın (ə.f ) xeyir-duaları sayəsində bol və bərəkətli nəticələr verəcəkdir.
Seyid Müctəba Hüseyni Xamenei
19 may 2026 (29 ordibeheşt 1405)
Xəbərin sonu
Rəyiniz